Şiələri Təkfir Edənlər Üçün Xüsusi Rəsmi Cəza Qanunlarının Yazılması

Ərəbistanlı 600 Şiənin, 19 Mayda nəşr etdikləri məlumatda, Məscidül-Həram camaat imamı Adil Əl-Kəlbaninin Şiələri təkfir edən sözlərini qınayaraq, Şiələri təkfir edənlər üçün xüsusi rəsmi cəza qanunlarının yazılmasını istədilər.


İran Quran Xəbər Agentliyinin, Rasıd internet saytından köçürdüyü xəbərdə, Ərəbistanlı Şiələr nəşr etdikləri məlumatda, Ərəbistan hökumətindən, Adil Əl-Kəlbaninin Şiələri təkfir edən fətvasından ötəri mühakimə etməsini istədi.

Bu məlumata imza təyin edənlər, Ərəbistan hökumətinin Adil Əl-Kəlbaninin Şiələri təkfir edən danışması qarşısında səssiz qalmasının çaşdırıcı olduğunu və bu səssizliyin həddindən artıq və Vahhabi müftilərin Şiələri təkfir etmə mövzusunda cəsarətləndirdiyini ifadə etdilər.

Ərəbistanlı Şiələr sözlərinin davamında: Adil Əl-Kəlbaninin "BBC" televiziya kanalına etdiyi şərhdə bir dəfə daha məzhəbi fitnə və qarşıdurmalara sürüyəcək pozğun və hiyləçi fikirlərini təkrarladı və bu cür səviyyəsiz düşüncələr Ərəbistanın milli birliyini təhdid etdiyini açıqladılar.

Ərəbistanlı Şiələrin nəşr etdikləri məlumatın sonunda, Şiələri təkfir edənlər üçün xüsusi rəsmi cəza qanunlarının yazılmasını istəyərək, Ərəbistan hökumətindən bütün İslam məzhəblərini media vasitəçiliyi ilə rəsmi olaraq tanıdıqlarını elan etmələrini istədilər.

Şiə alimlərindən Şeyx əl-Faysal əl-Avami, Şeyx Məhəmməd Həsən əl-Həbib və Seyit Macit əs-Sadat bu məlumatı imzaladılar.

313NEWS.NET

В этом разделе