Şiələri Təkfir Edən Ərəbistanlı Müftilər Haqqında Şikayət

Qahirə və Bağdaddakı Şiə "Alulbeyt" Təşkilatı, Şiələri təkfir edən və qanlarının halal olduğuna dair nəşr etdikləri fətva Səbəbiylə Ərəbistanlı 22 Müftini Savaş Cinayətləri Məhkəməsinə şikayət etdi. 


İran Quran Xəbər Agentliyinın "Rasit" Xəbər Agentliyindən köçürdüyü xəbərə görə, Qahirə "Alu Elbeyt" Şöbəsi Başçısı Məhəmməd Əl Dərini və Bağdad "Alu Elbeyt" Nümayəndəliyi Başçısı və Şiə Mərci Vadu Əl Hüseyni etdikləri ortaq mətbuat şərhində bunları söylədi: Bu müəssisələr 22 Ərəbistanlı müftini, insanlıq xarici cinayət və Şiələr haqqında kafir fətvası vermələrindən ötəri Savaş Cinayətləri Məhkəməsinə vermişlər. 

Vadu Əl Hüseyni bu mövzu haqqında bunları söylədi: Təşkilatımızın Bağdad və Qahirə nümayəndəliklərinin hazırladığı "Ərəbistanlı Qatillər" başlıqlı cinayət elanı ən yaxın zamanda məhkəməyə təqdim ediləcək. 

Əl Hüseyni ayrıca: Şiələrin kafir sayılması və Sələfi və Vahabi qrupların Şiələrin qanını tökməyə təşviq edilmələri beynəlxalq insanlıq xarici cinayətlər məlumatına zidd olub bu fətvaları verən müftilər mütləq cəzalandırılmalıdırlar, dedi. 

Əl Hüseyni danışmasının davamında isə: İndiyə qədər Ərəbistanlı müftilərin verdikləri fətvalardan ötəri İraqda minlərlə şiə öldürülmüş və ölkədə terrorizmin və qarşıdurmaların qaynağı olmuşdur. "Alu Elbeyt" təşkilatı bu sənədləri dəlilləri ilə birlikdə məhkəməyə təqdim edəcək, dedi. 

Məkkə şəhəri Cümə imamı Adil Əl Kəlbani keçən həftə BBC televiziyası ilə etdiyi reportajda Şiələri kafir tanıdaraq qanlarının tökülməsinin mübah olduğunu söyləmişdi.

313NEWS.NET

В этом разделе