Şeyx Şaban: Şiə və Sünnilər Arasında Problem yoxdu!

Media-İslam.Com Agentliyinin İsra Haberə istinadən verdiyi xəbərə əsasən Livan Tövhid Hərəkəti lideri Bilal Şaban, İmam Xomeyni tərəfindən elan edilən vəhdət həftəsi münasibətiylə İran xəbər agentliyinə etdiyi şərhində, Amerika və İsrailin proyektlərinə qarşı İslam dünyasının güclərini birləşdirməsi lazım olduğunu söylədi.

Bəzi Ərəb və Müsəlman müvəffəqiyyətsizliklə nəticələnən Amerika və İsrail proyektlərinin bölgədəki tətbiq ediciləri olmasını qarışıqlıqla qarşılayan Şaban, Qəzza və Livan müqavimətinin İsrail qarşısında çatdığı güclü mövqeyə toxundu.

Şiə və Sünnilər arasında var olduğu irəli sürülən problemlərin gerçəyi əks etdirmədiyini qeyd edən Şaban, "Şiə və Sünnilərin tarixləri, nəbiləri, Quranları və düşmənləri birdir. Şiə və Sünnilər bir xalqdır. Kim, şiə və Sünniləri birləşdirən ünsürlərin, ayıran ünsürlərdən daha az olduğunu irəli sürürsə səf edir. İndiyə qədər meydana gələn bütün hadisələr də isbat etmişdir ki şiə və Sünniləri birləşdirən ünsürlər daha çoxdur. Şiə və Sünnilər arasındakı fitnənin arxasında dayananlar, keçmişdə olduğu kimi indi də Müsəlmanların düşmənləri olanlardır. Bu kəslər yalnız Şiələrlə Sünnilər arasında deyil Sünnilər arasında da ixtilaf çıxardırlar" dedi.

Şiə və Sünni Müsəlmanlar arasındakı qarşılıqlı əməkdaşlığın və anlayışının son dərəcə mükəmməl olduğunu ifadə edən Şaban, Səudiyyə Ərəbistanda başlayan Ərəblər arası iç sülh görüşmələrinin Livan, Fələstin və İraqda da edilməsi üçün İslam dünyasına müraciət etdi.

İslam İnqilabı lideri İmam Xomeyni, İslam peyğəmbəri Hz. Muhammed(s)in mübarək vəladətinin tarixi mövzusunda Şiə və Əhli Sünnə qaynaqlarındakı fərqliliyi- Əhli Sünnəyə görə 12 Rəbiuləvvəl, Şiəyə görə 17 Rəbiuləvvəl- qiymətləndirərək bunu vəhdət səbəbi görmüş və bu iki tarix arasını İslami Vəhdət Həftəsi elan etmişdir.

В этом разделе