Noyabrın 24-də Səudiyyə Ərəbistanında şiələrin yaşadığı Katif şəhərində təhlükəsizlik qüvvələrinin blok-postuna hücum olub.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, xarici dövlətin göstərişi ilə hərəkət edən 2 şəxs öldürülüb. Səudiyyə Ərəbistanı “xarici dövlət” dedikdə həmişə ölkədə şiələri dəstəkləyən İrana işarə edib.
Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanının mətbu orqanları Katif şəhərində keçirilən kütləvi aksiyalara təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 3 gənc şiənin öldürüldüyü barədə məlumat yayıblar.