313news.net-in ABNA-ya istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında tanınmış 7 şiə alimi ər-Riyad şəhərində məzhəblərarası dialoq mərkəzinin açılması barədə Abdulla bin Əzizin təklifini dəstəklədiklərini bildiriblər.
Aralarında Şeyx Həsən əl-Səffar, Şeyx Əli Al Muhsinin də olduğu alimlər qrupu öz müracitlərində Səudiyyə Ərəbistanı kralının bu fikrini dəstəklədiklərini və cəmiyyətdə dini, regional və ideoloji narazılıqların aradan qaldırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.