Səudiyyə polisi etirazçı şiələrə atəş açdı

Səudiyyə rejimi polislərinin etirazçılara atəş açması nəticəsində 1 nəfər şəhid olub onlarla yaralı var.

İslamazeri.az-ın "Əl Aləm"-ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Əl-Avamiya əyalətinin sakinləri dünəndən etibarən Ali Səud rejiminin şiələrə olan təzyiqlərinə, siyasətinə və siyasi məhbusların azad olunmadığına görə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Aksiya iştirakçılarına qarşı polis odlu silahdan atəş açıb.

Bir nəfər xəstəxanaya gətirilərkən yolda keçinib.

Səud rejimiı son 10 il ərzində hakimiyyətin yanlış siyasətinə etiraz etdiklərinə görə alimləri, təşkilat rəhbərləri, dindarları məhkəməsiz yaxud da saxta ittihamlarla həbs edib. olan yüzlərlə siyasi şəxsiyyəti mühakimə olunmadan həbsxanada saxlayırlar.

Xatırladaq ki, Şeyx Baqir Nəmr güllələnərək həbs edildikdən sonra Səudiyyə Ərəbistanında, xüsusən də Əl-Şərqiyyə məntəqəsində kütləvi aksiyalar təşkil olunub. Aksiyalara polis və xüsusi təyinatlıların müdaxilə etməsi zamanı 5-ə yaxın gənc qətlə yetilirilib.

В этом разделе