Səud ordusu Allah evinə də rəhm etmir
Diktator Bəhreyn rejiminin və işğalçı Səudiyyə rejiminin hərbçiləri Bəhreynin Hamd şəhərində “İmam Cavad (ə)” məscidini dağıdıb. Bu barədə Bəhreynin İnsan Haqları Mərkəzi məlumat verib, - "deyerler" “abna”ya istinadən xəbər verir.
Bundan öncə Bəhreynin İnsan Haqları üzrə Mərkəzinin rəhbəri Nabil Racab bildirib ki, xəlifə rejimi Hamab şəhərində üç məscidi “qanunsuz” adı ilə sökməyə hazırlaşır. Onun sözlərinə görə isə, əslində, məscidlərin sökülməsinin başlıca səbəbi – həmin məscidlərə gələnlərin əksəriyyətinin Əhli-beyt (ə) davamçıları olmasıdır.