Səudiyyə Ərəbistanının təmsilçisi: "İraqda intiharçı əməliyyatı edənlər şeytanın (lən) səhabələridirlər"

Səudiyyə Ərəbistanın rəsmi təmsilçilərindən Şeyx Doktor Saleh ibni Fuzan Əlfuzan “İslam” və “cihad” adı ilə İraqda və dünyanın başqa nöqtələrində terror aktları törədən terrorist qruplarını kəskin şəkildə ittiham etdi etdi və onları “şər əhli” adlandırdı.

O, bildirmişdir: "O kəslər ki, bu rüsvayçı əməli törədiblər - İslam ümməti və alimlərindən kənarlaşıb, beyinləri yumaqla məşğuldurlar."

Şeyx Əlfuzan bu insanları və onların rəhbərlərini şər əhli adlandırdı və dedi: "Bu insanlar müsəlmanları kafir bilirlər və kişiləri, qadınları, uşaqları, cavanları və qocaları öldürməklə, evləri, binaları, ali məktəbləri viran etməklə dünya cəmiyyətini bezara gətiriblər və onlar həqiqətən şər əhlidirlər. Müsəlmanlar gərək bu insanların bataqlıqlarından uzaq olsunlar, alimlərin və elm əhlinin sözlərindən istifadə etsinlər və dini alimlərdən uzaqlaşaraq, günaha düçar olanların tələsinə düşməsinlər."
“Dəyərlər”


В этом разделе