![](/up/news/article/Alimler/thumb_ayetullah_nemr.jpg)
Səudiyyə Ərəbistanın Baş Prokurorluğu ölkənin Əhli-beyt (ə) alimlərindən olan Şeyx Namirin edam edilməsi barədə qərar verib
O, ötən il Səudiyyə polisi tərəfindən hökumətdən siyasi məhbusları azad etməyi tələb etdiyinə görə həbs edilmişdi, - "Deyerler" “PressTV”-yə istinadən xəbər verir.
Səudiyyənin nüfuzlu Əhli-beyt (ə) alimi olan Şeyx Namir polis tərəfindən ötən ilin iyulunda həbs edilib. Martın 25-də onun məhkəməsi keçirilib. Məhkəmədə ittihamçı onun edam edilməsini istəyib. Bundan sonra Baş Prokurorluq da onun edam edilməsinə hökm çıxarıb.
Qeyd edək ki, Şeyx Namirin həbs edilməsindən sonra Əhli-beyt (ə) davamçılarının sıx yaşadığı ərazilərdə kütləvi etiraz nümayişləri başlanıb. Bu nümayişlərdə 16 Əhli-beyt (ə) davamçısı öldürülüb.