Səudiyyə Ərəbistanı Suriyadakı səfirini geri çağırıb

Suriya hakimiyyəti ölkədəki gərgin vəziyyəti heç cür həll etmək niyyətində deyil.

313news.net saytının ANSPRESS-ə istinadən verdiyi məlumata görə  gərginlik o həddə çatıb ki, hətta Səudiyyə Ərəbistanı kralı Abdullah bu ölkədəki səfirini geri çağırıb. Kral Abdullahın “Əl-Ərəbiyyə” telekanlında səsləndirilən bəyanatında Suriyada baş verənlərin səhra ölkəsi tərəfindən qəbul edilmədiyi bildirilir:

“Suriyada cərəyan edən vəziyyət Səudiyyə Ərəbistanı tərəfindən qəbul edilə bilməz. Suriyanın nümayişçilərə qarşı güc tətbiq etməsi yolverilməzdir”. 

Kralın açıqlamasında daha sonra bildirilir ki, Suriya ləngimədən ətraflı düşünməli və sadəcə sözdə deyil, praktikada da islahatları həyata keçirməyə başlamalıdır.

В этом разделе