Səudiyyə Ərəbistanı hökuməti, ötən həftə casusluq ittihamı ilə saxlanılan 18 nəfərin İranla əlaqəli olduğunu bəyan edib
SalamNews-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyantında bildirilir.
“İstintaq saxlanılan şəxslərlə İranın kəşfiyyat xidməti orqanları arasında birbaşa əlaqənin olduğunu ortaya çıxarıb”,- bəyanatda deyilir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı polisi martın 20-də ölkənin bir neçə vilayətində casusluqda şübhəli bilinən 18 nəfəri saxlayıb. Onlardan 16-sı Səudiyyə Ərəbistanı, qalan 2 nəfər isə, İran və Livan vətəndaşlarıdır.
İran tərəfi isə, casusluq qalmaqalı ilə əlaqəsi olması faktını qəti surətdə inkar edir.