Misir prezidenti televiziya ilə çıxış edib
Dünya tərəfindən gözlənilən çıxışında prezident yenə də etirazçıların tələblərinə məhəl qoymayıb. 313news.net-in "Habertürk" qəzetinə istinadlı xəbərinə görə Mübarək çıxışında səlahiyyətlərini köməkçisi Ömər Süleymana verdiyini, lakin istefa vermədiyini deyib.
Mübarək ənənəvi olaraq "Günahkarlar cəzalandırılacaq", "Növbəti seçkilərdə namizəd olmayacağam" şəklində vədlər verib. O, həmçinin konstitusion dəyişiklər haqqında da göstərişlər verdiyini deyib. O həmçinin: "Mən də, sevimli oğlum da bu torpaqlarda öləcəyik, biz həyatımızı şərəfli şəkildə davam etdirəcəyik" deyib.
Mübarək fövqaladə hal rejiminin təhlükəsizlik vəziyyətinə bağlı olaraq ləğv ediləcəyini deyib.