Sədr İstanbulda ofis açmaq istəyir

Türkiyə ziyarətiylə bir anda dünya gündəminə düşən İraqlı Şiə liderlərdən Muqtəda əl Sədrin İstanbulda bir ofis açmağı düşündüyü bildirilir.

Londonda nəşr olunan Darul Həyat qəzetinin xəbərinə görə Sədrin mövzunu Türk səlahiyyətlilərlə görüşdüyü ifadə edilir.

TaymTurk xəbər verir ki, Respublika başçısı Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə bir araya gələn Sadrın partiyasına mənsub qərargahlarla bir yığıncaq edəcəyi də ifadə edilir. Qəzetin başlıqdan verdiyi xəbərə görə Sadrın bu cür üst səviyyə bir yığıncaq üçün Türkiyəni seçməsinə səbəb olaraq yığıncağa çöldən müdaxilələrə mane olma düşüncəsi, Türkiyənin İraqdakı qruplar arasında meydana gələn qarşıdurmalara daxil olmaması və ən əhəmiyyətlisi də İraqdakı problemlərə Türkiyə və Sədrin baxışının bir-birinə yaxın olması göstərilir.

313NEWS.NET

В этом разделе