Səddamın məzarına ziyarət qadağan

İraqda köhnə Dövlət Başçısı Səddam Hüseynin məzarına mütəşəkkil ziyarətlərin qadağan edildiyi bildirildi.
   
  
İraq kabinetindən edilən şərhdə, hökumətin, Səddamın, doğum yeri Avca kəndindəki məzarına bütün mütəşəkkil ziyarətləri qadağan etdiyi və bu mövzudakı təlimatları, Tikritdəki yerli idarəçilərlə Təhsil Nazirliyinə göndərdiyi ifadə edildi.

Səddamın məzarını, yaxın bir tarixdə Tikritdəki bir məktəbdən qız şagirdlər ziyarət etmişdi. 

Köhnə Dövlət Başçısının 2006 ili dekabr ayında asılaraq edam edilməsindən sonra şagirdlər daxil olmaq üzrə minlərlə dəstəkçisi, Səddamın doğum və ölüm il dönüşlərində məzarı ziyarət edir. 


В этом разделе