Müsəlman ölkələri Somali üçün toplanır
APA-nın Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 57 müsəlman ölkəsinin təmsilçisi Somalidaki insanlıq faciəsi və bu ölkə əhalisinə əlaqələndirilmiş yardım yollarını müzakirə edəcək. Somalidəki vəziyyətlə əlaqədar Türkiyə, Azərbaycan, İran və bir çox digər İKT ölkəsi bu ölkəyə yardım kampaniyasına başlayıb. Sabah İstanbulda başlayacaq beynəlxalq toplantıda Azərbaycanı İslam Konfraansı Təşkilatındakı nümayəndə, səfir Tofiq Abdullayev təmsil edəcək.