İraqın Ali Seçki Komitəsinin sədri Fərəc əl-Heydəri sabah keçiriləcək seçkilərdə 19 milyon seçicinin 51 min seçki mərkəzində şəffaf və ədalətli şəkildə səs verməsi üçün lazımi hazırlıq işlərinin görüldüyünü bildirib.
Əl-Heydəri xaricdə yaşayan İraq vətəndaşlarının səsvermədə iştirak etməsi üçün 16 müxtəlif ölkədə seçki məntəqələrinin yaradıldığını qeyd edib. Komitə sədri BMT, Avropa Birliyi, Ərəb Birliyi, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlardan olan 500 müşahidəçinin seçkilərin gedişini izləyəcəyini deyib.
Məlumat üçün bildirək ki, ölkədə martın 7-də keçiriləcək parlament seçkilərində 6200 namizəd parlamentdəki 325 yer üçün mübarizə aparacaqlar. /haber3/ /AzeriMuslims/