Sabah bir sıra ərəb ölkələrində Əl-Fitr bayramıdır

Bir sıra ərəb ölkələri bazar gününü Müqəddəs Ramazan ayının bitməsi ilə əlaqədar bayram günü elan ediblər

 

 

SalamNews-un IribNews-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı informasiya mənbələrinin məlumatlarına əsasən, bu ölkədə bazar günü ay təqviminə əsasən, Şəvvalın birinci günüdür və Fitr bayramıdır.

Həmçinin BƏƏ, Qətər, İordaniya və Livan da bazar günü Fitr bayramını qeyd edəcəklər.

Tunisin müftisi cümə günü axşam bəyanatında bildirib ki, Hicri ay təqvimi üzrə bazar günü 1344-cü il Şəvval ayının biridir, bu da o deməkdir ki, Fitr bayramıdır.

Osman Batih söyləyib ki, cümə günü axşam səmada Şəvval ayı görünüb, buna görə də şənbə günü Müqəddəs Ramazanın son günü elan edilib.

Tunis hökuməti Əl-Fitr bayramı münasibəti ilə üç gün tətil elan edib.

Əl-Fitr bayramı Müqəddəs İslam bayramlarından biridir. Həmin gün müsəlmanlar oruclarına son verir və fitrə verir.

Rusiya Federasiyası Müftilər Şurası, Tacikistan İslam Mərkəzinin Üləmalar Şurası və Türkmənistan prezidenti həmçinin ay təqviminə əsəsən bazar gününü yeni ayın ilk günü və Əl-Fitr bayramı elan ediblər.

 

 

В этом разделе