Rusiya və Çindən sürpriz dəstək!

Suriyanın müxtəlif şəhərlərində son günlərdə ordunun ağır silahlardan istifadə etdiyi əməliyyatlarda ölənlərin sayı 99-a çatıb. Ölənlərin çoxunun idlibli olduğu bildirilir.

313news.net-in "trtazerbaycan.com"-a istinadən verdiyi xəbərə görə, BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan ölkədə gərginliyə son qoyulması üçün milli birlik hökumətinin yaradılmasını təklif edib. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Annanın Suriyada siyasi keçidin təmin olunmasına dair planı milli birlik hökumətinin yaradılmasını, bu hökumətə həm indiki iqtidarın. həm də müxalifətin təmsilçilərinin daxil edilməsini nəzərdə tutur.

Plana görə, Əsəd və ona yaxın isimlər hökumətdə təmsil olunmayacaq.

BMT Təhlükəsizlik Şurası üzvlərinin Annanın təklifinə dəstək verdiyi bildirilir. Burada sürpriz olan isə Çin və Rusiyanın da plana dəstək verməsidir. Şənbə günü Cenevrədə Təhlükəsizlik Şurası üzvləriylə Türkiyə, Qətər, İraq və Küveytin iştirak edəcəyi toplantıda bu planın detallarının müzakirə ediləcəyi bildirilir.

В этом разделе