"Yezid rəhbərimiz, Hüseyn düşmənimizdir"

"İraq-Şam İslam dövləti" adlanan terror təşkilatı şiələri hədələyib.

İraq Şam "İslam dövləti"nə yaxın saytlar sözügedən terror təşkilatının bəyanatını yayımlayıblar. 313news.net-in "abna"ya istinadlı məlumatına görə, bəyanatda bildirilir ki, "İslam dövləti" əməvi xəlifəsi olmuş Yezid ibn Muaviyəni (l) özünə lider hesab edir və İmam Hüseyni (ə) özünə düşmən hesab edir. Bildirilir ki, İmam Hüseyn (ə) müsəlmanların haqq xəlifəsi olan Yezidə qarşı qiyam etməklə İslam vəhdətinə zərbə vurmaq məqsədi güdürdü: "Şiələr isə o vaxtdan bu günə qədər məhərrəm ayında şirk mərasimləri təşkil edərək Yezidin hədəflərini tənqid edirlər. İslam dövləti şəri vəzifəsini yerinə yetirərək məhərrəm yası tutan şiələri öz imamlarına qovuşduracaqdır".

Terror təşkilatı bəyan edib ki, bu mərasimlərə qatılan sünniləri də eyni aqibət gözləyir: "Siz də şiələrin matəm mərasimlərinə qatılacağınız təqdirdə, aqibətiniz onlardan fərqli olmayacaq. Şiələrlə birgə olduğunuz təqdirdə tövbəniz qəbul olunmayacaqdır".

"İslam dövləti" Səudları da bu mərasimlərin təşkilinə qarşı mübarizə aparmağa çağırıb. Sonda isə şiələrə bir daha xəbərdarlıq ünvanlayıb: "Biz, xəlifəmiz Yezidin təhqir olunmasına dözə bilmərik. Digər bir tərəfdən Hüseyn (ə) və tərəfdarları Yezidlə düşməndirlər. Təbii olaraq, onlar bizim hədəfimizdədirlər".

Qeyd edək ki, sözügedən terror təşkilatı hal-hazırda Suriyada prezident Bəşər Əsədin qüvvələrinə qarşı vuruşmaqdadır.

В этом разделе