"Suriya hakimiyyətinin HƏMAS liderinin qızını həbs etməsi yalandır"

HƏMAS xəbərləri təkzib edib

Fələstinin HƏMAS təşkilatının lideri Xalid Məşəlin qızının Suriya hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi haqqında xəbərlər təkzib edilib. 313news.net-in məlumatına görə, hərəkatın siyasi bürosu tərəfindən yayılan bəyanatda bu məlumatların yalan olduğu bildirilir: "Xəbər həqiqəti əks etdirmir. Uydurulan bu cür xəbərlər HƏMAS hərəkatı və onun liderini ləkələmək məqsədi daşıyır".

Qeyd edək bir çox xarici KİV-də yayılan məlumatda bildirilirdi ki, Məşəlin qızı Fatma və onun yoldaşı həbs olunub. Bunlara səbəb kimi isə HƏMAS hərəkatının yavaş-yavaş Suriyadan çıxmaq istədiyi göstərilirdi.

В этом разделе