"İsraili işğal et"

İsraildə sosial bərabərsizliyə etiraz olaraq növbəti kütləvi aksiyalar keçirilib

Anspress xəbər verir ki, nümayişlər ölkənin paytaxtı Təl-Əviv, Qüds və Hayfa şəhərlərində baş tutub. Aksiyalarda, bəzi mənbələrə görə, 10 min, digərlərinə görə isə 50 minədək adam iştirak edib. Təkcə Təl-Əvivdə 5 min adamın küçələrə çıxdığı bildirilir.

"İsraili işğal et" şüarı altında keçirilən nümayişin təşkilatçılarının tələblərinə sosial xidmətlər sektorunun genişləndirilməsi, həyat şəratinin yaxşılaşdırılması və zənginlər üçün vergilərin artırılması, evlərin qiymətlərində artımın dayandırılması da daxil olub.

Qeyd edək ki, İsraildə sosial bərabərsizliyə qarşı etiraz aksiyaları ötən ildən başlayıb. Həmin vaxt 500 minə yaxın adam küçələrə çıxmışdı.

В этом разделе