"İsrail Həması bir dəfəlik bitirmək istəyir"

"Əvvəllər İsrail Qəzza şəhərində genişmiqyaslı hərbi əməliyyat keçirməmişdi. İndi isə söhbət əsl müharibədən gedir"

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Londondakı diplomatik mənbələrdən bildiriblər.

"Misir, Türkiyə və Tunis HƏMAS ilə intensiv danışıqlar aparırlar ki, İsraillə sülhün şərtlərini razılaşdırsınlar. Lakin HƏMAS bəzi şərtlər irəli sürüb ki, həmin şərtlər İsrail üçün qəbulolunmazdır. Bu şərtlər, Qəzza sektorunun blokadasının dayandırılması, Misir və Qəzza arasında insanların və malların sərbəst hərəkəti, İsrailin HƏMAS liderlərinin və fəallarının fiziki məhvindən əl çəkməsidir. HƏMAS bunu edir ki, hazırkı qarşudurmadan ərəb dünyasının qarşısına qalib kimi çıxsın. Bu da atəşkəs üçün şərtlərin hazırlanmasına mane olur", - diplomat qeyd edib.

Bundan başqa, HƏMAS emissarlarının Tehran və Beyruta səfər etdikləri məlum olub. Livanın paytaxtında onlar Suriya rəhbərliyi ilə görüşlər keçiriblər.

Digər məlumatlara görə isə İsrail təkcə Qəzza sektoruna girməyi deyil, eyni zamanda orada genişmiqyaslı hərbi əməliyyatlar keçirərək HƏMAS-ı ləğv etməyi planlaşdırır.

"Əvvəllər İsrail Qəzza şəhərində genişmiqyaslı hərbi əməliyyat keçirməmişdi. İndi isə söhbət əsl müharibədən gedir", - diplomatik mənbə qeyd edib.

В этом разделе