"Fəth" və "Həmas" barışıq razılaşması imzalayıblar

Fələstin lideri Mahmud Abbas müvəqqəti koalisiya hökumətinin rəhbəri olacaq

Fələstində uzun müddətdir ki, düşmən münasibətində olan "Fəth" qruplaşması ilə islamçı "Həmas" qruplaşması arasında barışıq əldə edilib. Fələstin prezidenti Mahmud Abbas Qətərin vasitəçiliyi ilə keçən görüşdə "Həmas" lideri Xalid Məşəllə görüşüb. Görüşdə tərəflər barışıq razılaşması imzalayıblar. Razılaşmaya görə, Fələstin lideri Mahmud Abbas müvəqqəti koalisiya hökumətinin rəhbəri olacaq və koalisiya hökuməti İordaniyanın qərb sahili və Qəzza bölgəsi üçün seçki keçirilənə qədər fəaliyyət göstərəcək.

İsarilin baş naziri Benyamin Netanyahu isə razılaşmaya etirazını bildirib. Onun sözlərinə görə, Fələstin rəhbərliyi iki seçimdən birini etməlidir. Ya İsrail, ya "Həmas".

""Həmas" sülhün düşmənidir. Bu qruplaşma İran tərəfindən idarə olunan terrorçu təşkilatdır və İsrailin məhvi üçün nəzərdə tutulub. Hazırda isə "Həmas" daha ağır cinayətlər törətmək üçün silahlanmağa çalışır. Mahmud Abbas ya "Həmas"ı seçməlidir, ya da İsraili", deyə Netanyahu qeyd edib. /anspress/

В этом разделе