"əl-Qaidə" terror qruplaşması elanla kamikadze axtarışına çıxıb

FaktXeber.com-un verdiyi məlumata görə, "Əl-Qaidə" terror təşkilatı, intihar hücumları törətməkdə bacarığı olan kamikadzeləri tapmaq üçün internetə elan yerləşdirilib. Kamikadze tapmaqda çətinlik çəkən terror təşkilatı, buna görə dünya vəhhabilərinə müraciət edib.

Qeyd edək ki, məhdud sayda insanın daxil ola bildiyi elektron ünvana elan verən Əl-Qaidə rəsmiləri, adi şirkətlər kimi namizədlərin xüsusiyyətləri barədə məlumat yerləşdirib. Elan zamanı müraciət edənlərdən təvəllüdləri, bir neçə pasporta malik olmaqları və cihad təcrübələri barədə suallar soruşulur.

В этом разделе