"Əl-Qaidə" liderindən Suriya müxalifətinə: "Axıra qədər döyüşün!"

"Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zavahiri Suriya müxalifəti tərəfində döyüşən müxalifət qüvvələrinə çağırış edib

Onun bu çağırışı İnternetdə yerləşdirilib, - "Deyerler" “İnterfaks”-a istinadən xəbər verir.

Usama bin Ladendən sonra “Əl-Qaidə” terror şəbəkəsinə rəhbərlik edən əz-Zəvahiri Suriya silahlı qruplaşmalarını son ana qədər döyüşməyə və ölkəni öz idarəçiliklərinə keçirməyə çağırıb.

“Suriyada rəhbərliyi öz əlinizə almaq üçün sona ana qədər döyüşün. Bu ölkədə öz qaydalarınızı tətbiq etmək üçün müqəddəs müharibənizdə əlinizdən gələni edin”, - deyə dünyanın bir nömrəli terrorçusu bildirib.

В этом разделе