İsrailli haham Yitsak Şapira kitabında tükürpədici fitvalar verib
Haham Y. Şapira “Yəhovanın krallığı” adlı kitabında yəhudi olmayanların qətlə yetirilməsinə dair təfsilatlı fitvalar qələmə alıb. İsrailin “Maariv” qəzeti kitabın ultrasağ dairələrin marağını cəlb etdiyini yazıb. Sözügedən kitabda işğalçı İsrailin mövcudluğunu təhlükə altında qoya biləcək hər bir kəsin öldürülə biləcəyi bildirilir. Belə insanlardan bəhs edərkən isə fələstinli və ya ərəb kəlmələri əvəzinə “yəhudilərlə düşmən olanlar” ifadəsi işlədilir.
“Yəhovanın krallığı”nda İsrailə qarşı fəaliyyət göstərən, eləcə də bu fəaliyyətə kömək edən və ya plan quran şəxslərin öldürülməsinin mümkünlüyü vurğulanır.
Y.Şapiranın bəzi fitvaları israillilərin belə etirazına səbəb olub. Belə ki, kitabda sionist İsrail dövləti üçün təhlükə törədə biləcək ölkə vətəndaşlarının belə öldürülməsinə dair fitva verilib. Hahamın körpələrin qətlinə fitva verməsi israillilərin etirazına səbəb olmasa da fələstinlilərə yardım edən israillilərin öldürülməsinə etiraz etmələrinə səbəb isə nəticədə həmin insanın yəhudi olmasından dolayıdır.
Qəzetin xəbərində kitabda nəinki yəhudilərə hücum edən azyaşlıların, hətta südəmər körpələrin öldürülməsinin vacibliyi barədə fitvanın olduğu bildirilir.
Qeyd edək ki, bir çox yəhudi haham müharibə zamanı fələstinlilərin öldürülməsinin mümkünlüyünə dair fitva ilə çıxış etsə də indiyə qədər belə bir qəddar fitva verən olmamışdı. /azerimuslims/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016