Şəhərin hava limanında beynəlxalq reyslər qeyri-müəyyən müddətə təxirə salınıb
İraqın paytaxtı Bağdadda baş verən güclü qum qasırğası bütün şəhəri cənginə alıb və hər yeri toz basıb.
Təbiət hadisəsi bütün sakinlərin, o cümlədən də yaşlıların tənəffüs sisteminə pis təsir edib. Buna görə iraqlılar üzlərini xüsusi maskalar, paltar və yaxud şərflə örtməyə məcbur olublar. Kəskin hava şəraiti ilə əlaqədar Bağdadın hava limanında beynəlxalq reyslər qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, qum qasırğaları İraq paytaxtında mütəmadi baş verir, bu dəfəki hadisəni yerli əhali son illər müşahidə olunan ən güclü tufan kimi qiymətləndirib.
/ANS TV/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016