“Qüdsdə yəhudilərə məxsus bir dənə də olsun abidəyə rast gəlinməyib”- İsrail alimləri

İsrail hökuməti uzun illərdir ki, Qüds şəhərində qədim yəhudi abidələrinə rast gəlmək arzusu ilə qazıntı işləri aparır.

Ancaq bu yaxınlarda israilli arxeoloqların verdiyi məlumat onsuzda mövcud olan həqiqəti bir daha təsdiqləyib. ABŞ-ın “Tayms” jurnalında dərc edilən xəbərə görə, israilli arxeoloqlar uzun müddətdir ki, davam edən qazıntılar zamanı ciddi bir tarixi abidəyə rast gəlmədiklərini bildiriblər.

İsrailli mütəxəssislər belə hesab edirlər ki, aparılan qazıntılar fələstinliləri öz ana torpaqlarından qovmaq planının bir hissəsidir.

Təl-Əviv Universitetinin mühazirəçisi Rafael Qronberq sözügedən jurnalın dünənki sayında bildirib ki, “Bizə hökumətdən bildirirdilər ki, “Əgər 6 ay qazıntıları davam etdirsəniz, güman edirik ki, nə isə tapacaqsınız”. Ancaq arxeoloqlar Silvan bölgəsində (Davud şəhəri) iki il müddətində dayanmadan qazıntı işləri apardılar. Bütün cəhdlərə baxmayaraq, istənilən nəticə hasil olmadı”.

Jurnalda o da bildirilir ki, son dörd il ərzində bölgədəki qazıntı işlərinə ifrat solçu yəhudi təşkilatları başçılıq edir. Bu təşkilatlar arasında “İlad” və “İr Davud” təşkilatları fəallıqları ilə seçilir. Onların Silvan bölgəsində (Davud şəhəri) “mühüm” işlər gördükləri bildirilib.

Məlum universitetin digər arxeoloqu, professor İsrail Fanklaşteyn isə deyib ki, “Qazıntı işlərini həyata keçirən təşkilatlar dini, elmlə qarışdırır. “İlad” təşkilatının üzvləri tarixi XIX əsrə gedib çıxan bir abidə qalığına rast gəlsələr də, Davud qəsrinə aid heç bir qalıq aşkar edə bilməyiblər”.

Digər arxeoloq Yuni Məzrahi isə deyir: “İlad” təşkilatı üzərinə “Davud qəsrinə xoş gəlmişsiniz!” sözü yazılan bir löhvəyə belə rast gəlməyib. Halbuki, onlar bu işə son dərəcə əminliklə başlamışdılar. Hətta, onlar öz işlərində müvəffəq olmaq üçün müqəddəs mətnlərə də etimad göstərirdilər. Onlar bu qazıntılar zamanı bir çox mədəniyyəti özündə ehtiva edən şəhərin tarixi haqqında yalnız bir həqiqəti ortaya çıxarmağa çılışırdılar. Bu - yəhudi həqiqətidir!”

/islamonline/

/AzeriMuslims/

В этом разделе