Üç həftə ərzində 500 tikilinin inşasına başlanıb.
İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, İsrail İordan çayının Qərb sahillərində yaşayış yerlərinin tikintisini sürətlə davam etdirir.
10 aylıq danışıqlardan sonra yenidən başlayan tikinti işləri çərçivəsində yəhudilər üçün 500-dən artıq evdən ibarət yaşayış məntəqəsi inşa olunur.
Qüdsün şərqində ərsəyə gətirilən yəhudi yaşayış yerlərinin tikintisi bununla bitmir.
Daha böyük layihələr öz təsdiqini gözləyir.
Cəmi 3 həftə ərzində bu qədər tikilinin inşası isə rekord göstərici kimi qiymətləndirilir. Çünki dünyanın ən böyük tikinti şirkətləri il ərzində təxminən 2000 normal standartlara cavab verən bina ərsəyə gətirə bilir.
Fələstinli rəsmilər, tikinti işlərinin İsraillə Mahmud Abbasın rəhbərlik etdiyi marionet rejimin arasında imzalanan sənədlərə zidd olduğunu bəyan edirlər.