Qüdsdə şiddətli qarşıdurmalar davam edir...

Silvanda İşğal Gücləriylə Fələstinlilər Arasında Şiddətli Qarşıdurmalar Yaşanır


Fələstin xalqına qarşı basqın və həbslərini davam etdirən işğal gücləriylə Fələstinli gənclər arasındakı qarşıdurmaların dünən  erkən saatlarda yenidən başladığı bildirildi.

Hadisənin şahidləri, işğal güclərinin bu gün səhər saatlarda Silvan məhəlləsinin giriş çıxışlarını tutduqdan sonra nümayişə qatıldıqları iddiasıyla bəzi Fələstinli gəncləri həbsə başlamaları üzərinə Fələstinli gənclərin əsgərlərə etiraz etdiklərini; gənclərin müqavimətiylə qarşılaşan işğal əsgərlərinin isə göz yaşartıcı bomba, səs bombası və gerçək güllələrlə gənclərə hücum etdiklərini ifadə etdilər.

İşğal güclərinin ən az üç Fələstinli gənci həbs etdiklərini söyləyən yerli qaynaqlar, gənclərin hara aparıldıqlarıyla əlaqədar bir məlumata sahib olmadıqlarını ifadə etdilər.

Digər tərəfdən işğal gücləri Qəzza istiqamətli hücumlarını da davam etdirir. Qəzzadakı Əsgəri Sağlamlıq Xidmətləri Koordinatoru Ethem Əbu Silmiyye etdiyi şərhdə, Sionist işğal əsgərlərinin atəş açması nəticəsində iyirmi yaşındakı Fadi Tanbura adındakı Fələstinli vətəndaşın yaralandığı ifadə edərək, Tanburanın xəstəxanaya qaldırıldığını ifadə etdi.

İşğalçıların Silvandakı Qarşıdurmalarda Zəhərli Qaz İstifadə etdiyi Təsbit Edildi

 Silvanı Müdafiə etmə Komitəsi ilə Qüds İnformasiya Mərkəzinin çağırışı üzərinə dünən axşam təşkil edilən mətbuat konfransına qatılanlar, Qüdsdə keçən həftə meydana gələn qarşıdurmalarda nümayişçiləri dağıtmaq  üçün işğal güclərinin istifadə etdiyi silahlar mövzusunda istintaq açılmasını tələb etdilər.

Mətbuat konfransında işğal güclərinin nümayişlərdə Fələstinli gəncləri dağıtmaq üçün  tarixləri keçmiş səs və göz yaşartıcı bombalar istifadə etdiklərini qeyd etmişdilər.

 Qüds İnformasiya Mərkəzi müdir Məhəmməd Sadır isə son günlərdə Qüdsün dəyişik yerlərində istifadə edilən qaz bombaları üçün beynəlxalq bir istintaq komissiyasının qurulmasını istəyərək belə dedi: "Qüds bu anda işğalçıların silah və zəhərli qazları sınadıqları bir laboratuar və atış poliqonu halına gəlmişdir."

Fələstin Xəbər

В этом разделе