Qəzzada sükut pozuldu

Qəzzada yenidən atəşkəs pozuldu

Trend-in məlumatına görə, CNNTürk bildirir ki, Qəzzada mərmi atəşi nəticəsində dörd fələstinli yaralanıb.

Fələstin hökümətinin Səhiyyə nazirliyinin sözçüsü Əşrəf əl-Kudra bildirib ki, hava mərmisindən yaralanan dörd fələstinli Aksa Şəhidləri Xəstəxanasına yerləşdirilib.
Atəşlə bağlı məsələnin araşdırıldığını deyən Kudra, daha öncə də İsrail ordusunun atəşkəsi oxşar şəkildə pozduğunu xatırladıb.

Xatırladaq ki, İsrail höküməti və HƏMAS qruplaşmasının razılaşmasına görə, 22 noyabrdan etibarən Qəzza sektorunda atəşkəs elan olunub.

BMT Baş Assambleyası isə noyabrın 30-da keçirilən iclasda Fələstinə müşahidəçi dövlət statusunun verilməsinə səs verib.

В этом разделе