17 Sentyabrda Londondan yola çıxan 43 vasitəlik Qəzzə konvoyu İpsələ sərhəd qapısından Türkiyəyə daxil oldu. İstanbul və ətrafdakı məntəqələrdən İpsələyə gələn vətəndaşlar konvoyu çiçəklərlə qarşıladı.
17 Sentyabrda Londondan yola çıxan 43 vasitəlik Qəzzə konvoyu İpsələ sərhəd qapısından Türkiyəyə daxil oldu. İstanbul və ətrafdakı məntəqələrdən İpsələyə gələn vətəndaşlar konvoyu çiçəklərlə qarşıladı.
Konvoyda ABŞ, İngiltərə, Malayziya, İtaliya, Yunanıstan, İrlandiya, Fas, Cəzair və Fransadan təxminən 90 aktivist var. İçərisində təcili yardımların da olduğu 43 vasitədən ibarət konvoy Türkiyədə 5 gün qalacaq.
Konvoy Qəzzəyə 10 milyon dollar dəyərində insani kömək vəsaiti, dərman və tibbi vəsait daşıyır.
1 Oktyabr 2010 tarixində Türkiyədən ayrılması gözlənilən konvoy; Ankara, Kayseri, Adana, Qaziantəp və Kilis üzərindən Suriyaya keçəcək.
Cəzair, İordaniya və Küveytdən gələn vasitələrlə Suriyanın Lazkiye limanında görüşüləcək. Buradan gəmilərlə Misirin Ariş limanına keçiləcək. Oktyabr ayının ortalarında Rifah Sərhəd Qapısından Qəzzəyə giriləcək. Konvoyun son iştiraklarla birlikdə cəmi 150-200 vasitədən meydana gəlməsi gözlənilir.
Konvoy İpsələ sərhəd qapısından keçdikdən sonra bir mətbuat şərhi edildi. Konvoya Türkiyədə ev sahibliyi edən İHH İnsani Kömək Vəqfi İdarə heyəti Üzvü və Orta şərq Məsulu Əhməd Əmin Dağ, "İsrailin 31 May 2010 tarixində Mavi Marmara gəmisinə beynəlxalq sularda təşkil etdiyi qanlı hücumdan sonra Türkiyədəki Fələstin həssaslığı iki qatına çıxdı. Biz bu həssaslığın bir parçası olaraq Avropadan gələn bu konvoyu qarşılamaq üzrə buradayıq. Ən yaxşı şəkildə ev sahibliyi etməyə çalışacağıq. Misir tərəfindən bir maneə olmayacağını düşünürük amma sürprizlərdə yaşana bilər. Daha 4 dənə ölkə keçiləcək. Bu ölkələrdə nələrlə qarşılaşılacağını bilməyirik" dedi.
Konvoyun Malayziya qrupunun başçısı Azara Kübra isə, Malayziyalıların Fələstin xalqının yanında olduğunu ifadə edərək, "Bu vəzifənin müvəffəqiyyətlə nəticələnməsi üçün dua edirik. Yalnız insani kömək aparmaq məqsədiylə yola çıxan bu konvoyun dinc bir şəkildə Qəzzəyə çatmasını istəyirik" şəklində danışdı.
Keçən il yola çıxan Viva Palestina konvoyunun Misir polisin tərəfindən hücuma uğramasını xatırladan könüllülər, bu il Misirdən daha dost rəftar sərgiləməsini istədi. Digər xarici aktvisitler isə, "Qəzzəyə tətbiq olunan bu insanlıq xarici embarqo dərhal qaldırılmalıdır" deyə danışdılar.
Konvoyla birlikdə sabah saat 12.00də Feshanedə bir mətbuat konfransı təşkil ediləcək. Konvoy qrupu, daha sonra Edirnekapı şəhidliyində olan Mavi Marmara şəhidləri Cövdət Qılınclar və Necdət İldırımı məzarları başında ziyarət edəcək.