Qəzza blokadasının götürülməsindən söhbət gedə bilməz- İsrail

"Biz Ərdoğana Qəzza sözü verməmişik"

Bu açıqlama ilə İsrailin beynəlxalq təhlükəsizlik müşaviri Yakov Amidror çıxış edib. 313news.net-in məlumatına görə, müşavir bildirib ki, üzr istənilərkən Türkiyəyə Qəzzanın blokadasının ləğv edilməsi ilə bağlı söz verilməyib: "Əksinə, əgər İsrailin təhlükəsizliyinə hədə olarsa, blokada daha da sərtləşdiriləcək".

İsrailin Qəzzada baş verənlərə reaksiya vermə haqqı olduğunu bildirən Amidror deyib ki, blokadanın yumşaldılmasından danışmaq olar: "Səssizlik olarsa, blokadanı yumşaltmağa davam edəcəyik. Raket atılsa, bu addımlar yavaşıdalacaq və blokada sərtləşdiriləcək".

Digər İsrail səlahiyyətliləri isə HƏMAS-ın hələ də Qəzzaya silah keçirməyə cəhd etdiyini, buna görə də blokadanın əvvəlki kimi gərəkli olduğunu bildirib.

В этом разделе