Qətifin imam-cüməsi, Məkkənin imam-cüməsinin kənarlaşdırılmasını tələb etdi

Qətifin imam-cüməsi, Məkkənin imam-cüməsinın Əhli-beyt (ə) davamçılarını kafir elan etdiyindən sonra, onun bu vəzifədən uzaqlaşdırılmasını tələb etdi.

Qətifin imam-cüməsi Şeyx Həsən Səfar, Şeyx Adil Əlkəlbaninin Əhli-beyt (ə) davamçılarının əleyhinə etdiyi çıxışı tənqid edərək, bildirdi: "O, öz çıxışına görə üzr istəməsə, gərək kənarlaşdırılsın. Məkkə-Mükərrəmənin imam-cüməsi olmaq - rəsmi və mənəvi bir vəzifədir və bu vəzifədən müsəlmanların böyük bir qrupunun kafir adlandırılması üçün sui-istifadə etmək olmaz. O imam-cümə ki, Ərəbistan padşahı tərəfindən təyin edilir, onun kafir təfəkkürü Əziz Peyğəmbərin (s) əxlaqı ilə təzad təşkil edir və bu ölkənin hökumətini sual altına qoyur”.

Əlkəlbani bu çıxışları ilə Səudiyyə rejiminin çirkin simasını dünyaya nümayiş etdirir".("Dəyərlər" AİN)


В этом разделе