İslam alimləri birliyinin rəhbərinin xarici müdaxilələrə razılıq verdiyi bildirilir
İslam alimləri birliyinin rəhbəri Yusif Qərdavi Ərəb birliyinin təzyiqlərinin uğursuz olacağı halda xarici müdaxiləni mümkün sayır. 313news.net-in "dunyabulteni"nə istinadlı xəbərinə görə, "Əl-Qüds-əl-ərəbi" belə bir məlumat yayıb. Qəzet bildirib ki, Qərdavi sanksiyaların fayda verməyəcəyi halda xarici müdaxilələri dəstəkləyir. Bəşər Əsəd hökumətinin devrilməsi üçün bu yolu doğru sayır.