“Qərb HƏMAS-ın legitimliyini tanımamaqla böyük səhvə yol verib”

Sabiq XİN rəhbəri David Miliband Qərb ölkələrinin 2006-cı il seçkilərində HƏMAS-ın qələbəsini tanımamaqla, əslində demokratik dəyərlərə böyük bir zərbə endirdiyini bildirib. Misirin paytaxtı Qahirədə keçirilən İnformasiya toplantısında iştirak edən sabiq nazir ABŞ və Avropanın HƏMAS-a qarşı münasibətini başa düşmənin mümkün olmadığını deyib.

“Qəzzada baş verənlərdə işğalçılıq ünsürləri görünür. Qəzza Ramallah administrasiyası ilə İsrail hökuməti arasında “bazarlıq” mövzusu olmamalıdır. Bu, bir ərəb məsələsidir. Hadisələr ümidverici istiqamətdə cərəyan etmir. Çünki bu məsələdə yanlış siyasi kurs izlənilir”, – deyə D.Miliband bildirib.

Miliband HƏMAS ilə əlaqə qurulması xüsusunda bir sıra Qərb ölkələrinin atdığı addımların Ramallah administrasiyası və bəzi ərəb dövlətləri tərəfindən qarşısının alınmasının artıq məlum məsələ olduğunu qeyd edib.

/timeturk/

/azerimuslims/ 


В этом разделе