Liviya liderinə sadiq silahlı dəstələr şəhər meydanındakıları gülləbəran edib
Liviya lideri Müəmmar Qəddafiyə sadiq qoşunlar ölkənin şimal-qərbindəki Əz-Zaviyə şəhərində daxil olub və qiyamçılarla döyüşə başlayıb. Ölkənin neft emalı sənayesinin mərkəzi sayılan şəhərdə adı 50 nəfər həlak olub. Məlumatı "ANS PRESS" “Reuters” agentliyinə istinadən yayıb.
Şahidlərdən biri - 45 yaşlı İbrahimin sözlərinə görə, müzdlu dəstələr ağır artilleriyadan şəhərin mərkəzi meydanını atəşə tutublar və özləri ilə azı 30 şəhər sakinini aparıblar: “Onlar meydandakı adamları güllələdilər. Gənclər, uşaqlar, qocalar və qadınlar həlak oldular. Mən itkiləri saymışam”. İbrahim telefonla agentliyin əməkdaşına bildirib ki, hücum nəticəsində 50-60 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb.
Əz-Zaviyə şəhəriin böyük hissəsi qiyamçıların nəzarətindədir. Lakin şəhərin kənarları yenə Qəddafi tərəfdarlarının əlindədir.