Qadınlar məsciddə ibadət etdiklərinə görə həbs edildilər

İslamazeri.az İnternet Qəzetinin "PressTV"-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının müqəddəs Mədinə şəhərində Məscid Əl Nəbəvi(Peyğəmbər məscidi)-nin həyətində bir neçə mədinəli şiə qadın həbs edilib.

Hadisəyə səbəb isə Mədinə şəhərindən olan seyyidə xanımların Səudiyyə Ərəbistanının rəsmi əqidəsi olan Sələfiliyə uyğun deyil, öz ənənəvi əqidələri olan Şiəliyə xas şəkildə ibadət ayinini yerinə yetirmələri olub.

İslamazeri.az İnternet qəzetinin ərəbdilli "Saarnews" saytına istinadən verdiyi xəbərə görə isə, qadınlar On dörd məsum(ə) ziyarətnaməsini oxuduqlarına görə həbs ediliblər.

Belə ki, xanımlar məsciddə Hz. Muhəmməd peyğəmbər(s) və Onun Əhl-i Beyti(ə)-nin ziyarətnaməsini oxuduqları zaman Səud monarxiyasının gözətçiləri onlara mane olub və əllərindəki ziyarətnamə kitablarını təhvil vermələrini tələb ediblər. Xanımlar isə buna etiraz edib. Onlar ziyarətnaməni asta səslə oxuduqlarını və öz ibadətlərini heç kimə mane olmadan yerinə yetirmək hüquqlarının olduğunu bildiriblər.

Nəticədə gözətçilər qadınları həbs edib və kitablarını isə Səudiyyə Ərəbistanının rəsmi əqidəsi olan Sələfiliyə(Vəhabiliyə) uyğun olmadığı üçün müsadirə ediblər.

Hadisəyə ilk reaksiya isə İsveçdən gəlib. İsveç İnsan Hüquqları Müdafiə naziri Karin Enstrom sərt tənqidi münasibətində Səudiyyə Ərəbistanını avtoritar rejim və fedal monarxiya krallığı kimi təsvir edərək, bu məsələni vicdan azadlığının kobud şəkildə puzuntusu kimi qiymətləndirib.

O, həmçinin qeyd edib ki, "Səudiyyə Ərəbistanında 2011-ci ilin fevral ayından bəri intensiv xarakter alan və əsasən Şərqiiyyə, Qatif, Əvamiyyə və Hicaz əyalətlərində keçirilən nümayişlərə qarşı sərt addımlar, özünüifadə azadlığının amansız şəkildə boğulması və dustaqların orta əsrlərdəki kimi mühakimə edilməsini muasir dövrdə bəşəriyyət üçün utanc doğurur və buna tezliklə son qoyulmalıdır."

В этом разделе