Putin Türkiyədə tikiləcək atom elektrik stansiyası haqda danışıb

Rusiyanın baş naziri Vladimir Putin Türkiyənin Mersin bölgəsində inşa ediləcək atom elektrik stansiyası (AES) ilə bağlı Türkiyənin çox tələsik davrandığını söyləyib

Lent.az-ın ‘trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Rusiyanın Türkiyədə atom stansiyası tikəcəyini bildirən Vladimir Putin deyib ki, dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə danışıb.

O, Rəcəb Tayyib Ərdoğanın da bu məsələdə tələsdiyini dilə gətirib: “Hər şey planlaşdırdığımız kimi gedir. Türkiyə qanunvericiliyindən irəli gələn bəzi problemlər var. Orada işləyən hər xarici işçi ilə bərabər ən az 5 türk işçi olmalıdır. Amma nüvə layihələrində bu çox çətindir. Çünki yüksək səviyyəli mütəxəssislər lazımdır. Türkiyədə isə hələlik belə mütəxəssislər yoxdur. Amma əminəm ki, olacaq. Yəni hər şey öz yolu ilə gedəcək”.

В этом разделе