PKK dünən baş verən terror aktına görə məsuliyyəti üzərinə götürməyib

HPG baş qərargah komandanlığı terror hadisəsinin məsuliyyətini öz üzərinə götürməyib

PKK-nın silahlı qanadı olan HPG, dünən Qaziantep şəhərində meydana gələn və 9 nəfərin ölümü ilə nəticələnən partlayışı törətmədiyini bildirib.

SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, HPG baş qərargah komandanlığı terror hadisəsinin məsuliyyətini öz üzərinə götürməyib.

Terror qruplaşmasının yaydığı açıqlamada deyilir:

“20 avqust tarixində Antep şəhərinin mərkəzində partlayış baş verib. Həm dövlət səlahiyyətliləri, həm də türk mətbuatı hadisəyə görə məsuliyyəti təşkilatımızın üzərinə qoymaq istəyir. Bildiririk ki, bu partlayış ilə heç bir əlaqəmiz yoxdur. İctimaiyyət və xalqımız bilir ki, qüvvələrimiz dinc sakinlərə qarşı yönələ bilməz. Bayram müddətində həyata keçirilən əməliyyatlardan qaynaqlanan qarşıdurmalardan başqa təşkilatımız tərəfindən heç bir fəaliyyət göstərilməyib”.

В этом разделе