İsrail prezidenti İranla bağlı fikirlərini açıqlayıb
Təl-Əviv İran probleminin diplomatik həlli variantından daha çox onun hərbi həllinə çalışır. İsrail prezidenti Şimon Peres İsrailin Kanal 2 televiziyasına verdiyi müsahibədə bu haqda danışıb. O bildirib ki, İranın nüvə probleminin hərbi həll variantı ilə bağlı bir neçə məqam var: "Müxtəlif ölkələrin kəşfiyyat xidmətləri vaxtın çox qalmadığını daha çox xəbərdarlıq edir və mən bir nəticə çıxarılmadığına əmin deyiləm. Görünür ki, İran nüvə silahının istehsalına yaxınlaşır və bəlkə də, bir il, yarım il, 3 kvartal qaldığı bu müddətdə biz beynəlxalq ictimaiyyətə müraciət etməliyik və ondan öhdəliklərinin yerinə yetirilməsini tələb etməliyik, çünki vaxt çatıb" - deyə Şimon Peres bildirib-"anspress" "euronews"a istinadən xəbər verir.
İsrail prezidentinin bəyənatı bu ölkənin kütləvi informasiya vasitələrində yayılan bir sıra məlumatlardan sonra verilib. Həmin məlumatlarda isə bildirilir ki, İsrailin baş naziri Binyamin Netanyahu İrana qarşı mümkün hərbi əməliyyatların keçirilməsi üçün kabinetin əsas nazirlərinin çoxunun dəstəyinə nail olmağa çalışır. Ancaq İsrailin xarici işlər naziri Aviqdor Liberman bu məlumatları tənqid edərək onları tamamilə yolverilməz və ölkəyə böyük ziyan vuracağını deyib.