Papa fələstinli uşaqlar haqqında çıxışa dözümsüzlük göstərdi

Qüdsdə Roma Papası XVI Benediktin də qatıldığı dinlərarası assambleyada fələstinli alimin planlaşdırılmamış çıxışı Roma Papasını tədbiri vaxtından tez tərk etməyə vadar edib.

Belə ki, Fələstinli alimin İsrail rejimini kəskin tənqid etməsi görünür Papanın narahatçılığına səbəb olub, - RİA Novosti xəbər verir.

Fələstində şəriət məhkəmələri sisteminə rəhbərlik edən şeyx Taysir ət-Tamimi icazəsiz şəkildə tribunaya çıxaraq XVI Benedikti İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərinə çıxmağa və sionistlərin fələstinlilərə qarşı təcavüzü dayandırmağı tələb etməyə çağırıb.

“İsrail rejimi bizim evlərimizi dağıdıb, xalqımızı yurd-yuvasından didərgin salıb, İslamın müqəddəs məkanlarını dağıdıb, Qəzzada qadınları, uşaqları, ahılları məhv edib”, - deyə Tamimi qəzəblə bildirib. Tamiminin səsləndirdiyi fikirlər Papaya tərcümə edildiyi andaca o, dərhal tədbiri tərk edib. 

Deyerler.Org

В этом разделе