Pakistan hərbi sənaye naziri Abdul Qəyyum Catoi istefa verib. İstefadan öncə nazir Pakistan ordusunun ölkədə baş verən siyasi qətllərdə iştirak etdiyini bildirib.
Pakistan hərbi sənaye naziri Abdul Qəyyum Catoi istefa verib. İstefadan öncə nazir Pakistan ordusunun ölkədə baş verən siyasi qətllərdə iştirak etdiyini bildirib. Bəyanat Kuetta şəhərində şənbə günü keçirilən mətbuat konfransında baş tutub. Nazir deyib: “Biz əsgərlərimizə uniforma və çəkməni on görə verməmişik ki, onlar öz soydaşlarını öldürsünlər..” Sensasiyalı bəyanatdan dərhal sonra hökumət başçısı Yusuf Riza Gilani nazirlə görüşüb. Görüşün ardınca istefa bəyanatı səslənib. İstefadan sonra Catoi xalqa müraciətində öncəki bəyanatına görə üzr istəyib və ordu bağlı dediklərini “şəxsi mövqe” adlandırıb.