Osman Xəmis Küveyt televiziyasında şiələri təhqir etdi

Bir vəhabi tərəfindən Küveyt Televiziyasında açıq və dəqiq bir şəkildə Şiələrin təhqir edilməsi bu televiziya kanalı tamaşaçılarının narazılığına gətirib çıxardı.

"313news.net" saytının "ABNA"-ya istinadlı xəbərinə görə, Osman Xəmis Küveyt dövlət televiziyasında Mübarək Ramazan ayı münasibəti ilə yayınlanan proqramda bu ölkənin şiələrinə ən ağır sözlərlə təhqirlər yağdırdı!  


Küveyt Vəqflər Nazirliyi tərəfindən Ramazan Ayı haqqında təşkil ediləcək konfransa qatılacaq olan adı çəkilən bu adam, şiələr əleyhinə təkfir məzmunlu və radikal çıxışların lazımlılığını dilə gətirmişdi.


Bu açıqlamalar, Mübarək Ramazan ayında üzərində təkidlə durulan Ramazan Ayının şüarlarından biri olan mənəviyyat və müsəlmanlar arasında vəhdət və birliyə vurğu edildiyi bu günlərdə deyilməsi narazılığa gətirib çıxardı.

В этом разделе