Öldürüldüyü deyilən Suriya prezidenti sərəncam imzalayıb

Mətbuatda yayılan xəbərlər təsdiqini tapmayıb

Suriya lideri Bəşər Əsəd bu gün Dəməşq universitetində elektrik və maşın mühəndisliyinin açılması haqqında sərəncam imzalayıb. 313news.net-in ABNA-ya istinadlı məlumatına görə, sərəncam əsasında ali təhsil ocağında iki yeni mühəndislik ixtisası açılacaq.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Əsədin öldürülməsi xəbəri yayılıb. Lakin xəbərlərin həqiqətə uyğun olmadığı bildirilir.

Suriya müxalifəti belə prezidentin öldürülməsi xəbərini təsdiq etməyib.

Türkiyənin "A xəbər" Suriya müxbiri bildirib ki, yayılan xəbərlər doğru deyil: "Bu xəbərlərin hardan çıxdığına təəccüb edirik".

В этом разделе