Nuri əl-Maliki: "Türkiyə durdurulmalıdır."

"Türkiyə kobud və ədəbsizcə hərəkət edir, beynəlxalq ictimaiyyət müdaxilə etməli və onu durdurmalıdır."

313news.net-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İraq baş naziri Nuri əl-Maliki Rusiya prezidenti V.Putinlə görüşdən sonra mətbuata açıqlamasında belə deyib.

Türkiyəyə qarşı Suriyadan hər hansı bir təhlükə olmadığını, NATO-nun Suriyadakı böhran müddətinə müdaxilə etməməsinin vacibliyini vurğulayan əl-Maliki,"Baş verən hadisələrdən istifadə edərək müharibə etmələri üçün aranı qızışdırmaq, ya da NATO-nu Türkiyəni müdafiə etməsi üçün çağırmaq səhv addımdır. Türkiyənin təhlükəsizliyinə problem yaradacaq bir vəziyyət yoxdur.", deyə bildirib.

əl-Malikinin fikrincə NATO Suriyaya müdaxilə edərsə, müharibə bütün regiona yayıla bilər.

Türkiyənin Suriya siyasətini kəskin şəkildə tənqid edən əl-Maliki bu siyasətin regionun təhlükəsizliyi ilə əlaqədar riskləri artırdığını qeyd edib.

В этом разделе