Netanyahu "İranı vurun" əmri verdi, ordu boyun qaçırdı

İsrail baş naziri hələ iki il əvvəl müharibə barədə qərar veribmiş

Benyamin Netanyahunun iki il əvvəl İranın nüvə obyektlərini vurmaq üçün hazırlıq əmri verdiyi ortaya çıxıb- 313news.net "timeturk"ə istinadən xəbər verir. İsrailin "Channel 2" televiziyasının yaydığı xəbərə görə, Baş qərargah rəisi Qabi Aşkenazi və Mossad şefi Meir Daqan bu əmrə qarşı çıxıblar.

Xəbərdə qeyd olunur ki, qərargah rəisi İsrailin İrana qarşı uğurlu əməliyyat qabiliyyətində olmadığını bildirib. Aşkenazi isə bu iddianı rədd edib: "Ordunun bu qabiliyyətdə olduğunu, lakin bunun strateji səhv olduğunu bildirmişəm".

Müdafiə naziri Ehud Barak isə qısamüddətli "1 nömrəli döyüş vəziyyəti"nə keçməklərinə baxmayaraq ölkəni müharibəyə sürükləmək fikrində olmaqdıqlarını bildirib.

Qeyd edək ki, İsrail kəşfiyyatının iddiasına görə, İslam Respublikası yalnız 2013-cü ilin yazında nüvə silahı hazırlamaq potensialına yetişə bilər. Ona görə də 2 il əvvəlki hücum təxirə salınıb.

В этом разделе