Netanyahu Misirin yeni prezidentinə məktub yazıb

Baş nazir Misirlə əlaqələr qurmaq niyyətini bəyan edib

İsrail qəzetləri yazır ki, ölkənin baş naziri Binyamin Netanyahu Misirin yeni prezidenti Məhəmməd Mursiyə məktub göndərib. Məktubda iki ölkə arasında mövcud olan sülh müqaviləsinin Yaxın Şərq üçün önəmi bir daha vurğulanır- "Yeni Müsavat" xəbər verir.

 

Bildirilir ki, məktub İsrailin Qahirədəki səfirliyi vasitəsilə cənab Mursiyə çatdırılıb. Binyamin Netanyahu məktubunda Mursini prezident seçilməyi münasibəti ilə təbrik edir, Misirin yeni hökuməti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Baş nazir Misir və İsrail sülh müqaviləsinə yaxından diqqət edəcəyinə ümidvar olduğunu yazıb.

B.Netanyahu həmçinin yeni prezidentə tutduğu vəzifədə uğurlar arzulayıb.

Qəzetlər yazır ki, İsrail rəsmi Vaşinqtonla məsləhətləşmələrdən sonra cənab Mursi ilə telefon əlaqəsi yaratmaq üçün Misir təhlükəsizlik orqanları ilə danışıqlar aparıb.

“İsrail Misirdəki demokratik prosesləri yüksək dəyərləndirir və seçkinin nəticələrinə hörmət edir” deyə baş nazir məktubunda yazıb.

В этом разделе