İsrailin baş naziri Binyamin Netanyahu Fələstin hökumətinin lideri Mahmud Abbasla sülh müzakirələrinə yenidən və şərtsiz başlanmasına hazır olduğunu deyib
O bildirib ki, Mahmud Abbası Qüdsdəki evinə dəvət edə və yaxud özü Ramallaha gedə bilər.
SalamNews-un “Zaman” qəzetinə istinadən verdiyi xəbərə görə, Netanyahu bu həftə sonu görüşəcəyi Mahmud Abbasa iki sualının olduğunu bildirib. O, suallarını da aşıqlayıb: “Niyə gəlib İsrail ilə müzakirə aparmırsan?”, “Niyə yəhudi dövlətini tanımağı qəbul etmirsən?”
İsrail baş naziri daha sonra fələstinlilərin tələb etdiyi kimi, 1967-ci il sərhədlərinə çəkilmək niyyətində olmadığını da bildirib.