Nəsrullah:"Bizim bir düşmənimiz var: sionist rejim"(video)

Livan Hizbullahının lideri Misir rejiminin ittihamlarına cavab vermək üçün dünən çıxış edib. İslam-Azeri-nin Əl Mənar televiziyasının rəsmi saytına istinadlı xəbərinə görə Misir hökümətinin Livan Hizbullahına istiqamətlənmiş ittihamlarına cavab vermək üçün Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən axşam saatlarında Əl Mənar və Əl Ələm telekanallarında canlı olaraq çıxış edib.

Çıxışını Bismillahla başlayan Hizbullah lideri çıxışının əvvəlində Hzbullahın heç bir ərəb ölkəsi ilə konflikti və düşmənçiliyi olmadığını bildirərək onların əsas düşməninin sionist rejim olduğunu vurğulayıb.

Seyyid Nəsrullah həmçinin Hizbullahı Əl Qaidə kimi təqdim edən Misir hökümətinin bu addımını da pislədiyini və təəssüf etdiyini də önə çəkərək Əl Qaidədən fərqli olaraq Hizbullahın xaricdə şəbəkələrinin olmadığını və başda ərəb ölkələri olmaqla xaricdə indiyə kimi terror aktı törətmədiyini bildirib.

Misir Baş prokurorunun ittihamlarının gerçəkləri əks etdirmədiyini bildirən Hizbullah lideri mücahidlərə hörmət edən Misir xalqının gözündə Hizbullahın imicinin zədələnilməsinin hədəfləndiyini qeyd edib: "Misir, Hizbullahın və Həmasın imicini zədələmək istəyir"

Hizbullahın Misirdə etdiklərinin ancaq Fələstin xalqı üçün olduğunu bildirən Seyyid Nəsrullah: "Biz, nə etdiyimizi söyləyirik. Və bununla əlaqədar məsuliyyətimizi də boynumuza götürürük. Misirdə həbs olunan Sami, Hizbullah üzvüdür. (gülərək)Bundan ötəri utanmırıq. O Qəzzanın bombalandığı dövrdə Fələstinə silah girməsi üçün məntiqli xidmət edirdi. Misirdə etdiyimiz budur. Lakin Misirli Baş prokuror, hesabatında buna yer vermədi. Çünki bu vəziyyət həm prokuror həm də Misir üçün qınanacaq bir vəziyyət olub, günahkar olaraq qəbul edilən Sami üçün qürur duyulacaq bir şeydir. Baş prokurorun hesabatında bunun xaricində iştirak edən hər şey uydurmadı,həmçinin həqiqətdən uzaqdır. Bununla da Misir xalqını, Hizbullaha qarşı qaldırmaq istəyirlər" -deyib.

Hizbullahın Misirdə xalqı şiələşdirməyə cəhd etməsi ittihamlarını da Hizbullah lideri gülərək: "Böhtandır. Hizbullahda çox elmli alimlər var. Sur və digər bölgələrdə şiələşdirmə varmı? Burada şiə və sünnilər birlikdə yaşayırlar".

"Fələstin xalqına dəstəkləmək günah və ya cinayətdirsə, biz bununla fəxr edirik"-deyən Hizbullah lideri Misir xalqını etirazlara səsləməsinə görə də qürur duyduğunu bildirib.


islam-azeri.az



В этом разделе